Daxili Qoşunların zabiti yol qəzasında öldü
21 iyun 2010 19:00 (UTC +04:00)

Daxili Qoşunların zabiti yol qəzasında öldü

Azərbaycanın Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə dünən axşam saat 22.30 radələrində Şəki-Kiş yolunda qeydə alınıb. Bakı sakini Allahverdiyev Azad Əliman oğlu “QAZ-3110” markalı, 10 SX 237 dövlət nömrə nişanlı avtomobili idarə edərkən aşırıb və maşın Kiş çayına düşüb. A. Allahverdiyev ağır xəsarətlər alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.


Məlumata görə, A. Allahverdiyev Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəkidə yerləşən N saylı Hərbi Hissəsində ştab rəisi vəzifəsində çalışıb.
# 580

Oxşar yazılar