Qusarda 85 yaşlı kişi intihar etdi
21 iyun 2010 16:30 (UTC +04:00)

Qusarda 85 yaşlı kişi intihar etdi

O, xərçəng xəstəliyindən əziyyət çəkirmiş


Qusar rayonunun Düztahir kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 85 yaşlı Nurəddin Məhsimov yaşadığı evin həyətindəki tövlədən özünü asıb.


Qusar rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, 85 yaşlı Nurəddin Məhsimov ölümcül xəstəlikdən əziyyət çəkib. Xərçəng xəstəliyinin daşıyıcısı olan 85 yaşlı qocanın ailə üzvlərinə əziyyət verməmək üçün intihar etdiyi bildirilir. Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
# 324

Oxşar yazılar