Lənkəranda tanışını öldürən şəxs prokurorluğa gedib
11 iyun 2010 18:45 (UTC +04:00)

Lənkəranda tanışını öldürən şəxs prokurorluğa gedib

Respublika Baş Prokurorluğunun rəsmi saytında Lənkəranda baş vermiş qətl hadisəsilə bağlı məlumat yayıb.


Lent.az-ın xəbərinə görə, məlumatda hadisənin iyunun 11-i saat 01.00 radələrində baş verdiyi bildirilib.

Belə ki, Lənkəran şəhəri, Sahil küçəsində yerləşən çayxananın qarşısında aralarında baş vermiş mübahisə zamanı həmin şəhər sakini 1981-ci il təvəllüdlü Ramazanov Adil Mirzağa oğlu özündə olan bıçaqla həmyerlisi 1981-ci il təvəllüdlü Əliyev Elman Əkbər oğlunun bədəninin müxtəlif nahiyələrindən 6 dəfə vuraraq xəsarətlər yetirib. Elman Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı həmin tarixdə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Adil Ramazanov saat 12.00 radələrində rayon prokurorluğuna gələrək könüllü təslim olub və verdiyi ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.

Vüqar Baba
# 297

Oxşar yazılar