Kürdəmirdə 19 yaşlı ana intihar edib
10 iyun 2010 10:15 (UTC +04:00)

Kürdəmirdə 19 yaşlı ana intihar edib

Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Kürdəmir rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə iyunun 10-da səhər saat 7:00 radələrində Qaraqocalı kəndində qeydə alınıb.


Kənd sakini, 1991-ci il təvəllüdlü Soltanova Ülkər Alik qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə kəndirlə özünü asaraq intihar edib.


Bir uşaq anası Ü. Soltanovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.


Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerindədirlər.
# 571

Oxşar yazılar