Abşeronda 28 yaşlı oğlan özünü asıb
21 yanvar 2010 11:30 (UTC +04:00)

Abşeronda 28 yaşlı oğlan özünü asıb

Bu barədə Lent.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilib ki, rayonun Saray qəsəbəsinin sakini, 1982-ci il təvəllüdlü Əsədulla Vəliyev yaşadığı evin tavanından özünü asıb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Fərid Əkbərov
# 496

Oxşar yazılar