Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası
Bu gün Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ermənistanın Fransadakı Səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, etiraz aksiyasında təxminən 1500-ə yaxın azərbaycanlı və türk iştirak edib. Aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal şəkildə iştirak edib, Xocalı soyqırımının təşkilatçılarından olan Sərkisyanın Fransaya səfərinə Azərbaycan diasporunun etirazını çatdırmaq olub.
Azərbaycanın dövlət himninin oxunması ilə başlayan aksiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi yad edilib. Aksiyada “Qarabağ bizimdir bizim olacaq”! “Yelisey Sarkisyanı Xocalı qatili elan etməkdən imtina edir!”, “Fransa,öz gucünü BMT qətnamələrinin yerinə yetirilməsinə və Azərbaycana qarşı erməni təcavüzünü dayandırmağa yönəlt!”, “Bir million azərbaycanlı qaçqınının hüqularını tapdayan cinayətkar Sarkisyan!”, “Qatil Sarkisyan, sənin yerin Haaqa Tribunalıdır”, “Nanəcib qatil Sarkisyan, Xocalıda günahsız 613 azərbaycanlını öldürdüyünə görə cavab ver!” və digər şüarlar səsləndirilib. Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin regionda sülhə və təhlükəsizliyə təhdid olduğunu, dünya birliyinin münaqişəyə ədalətli qiymət verməsini tələb ediblır.
Aksiyada “Koroğlu” uvertürası və qədim Azərbaycan xalq mahnısı olan “Sarı gəlin” musiqisinin sədaları altında çıxış edən Azərbaycan diasporunun fəalları, tanınmış ictimai xadimlər Ermənistanın təcavüzkar siyasətinə öz etirazlarını bildiriblər.
Fransa Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, Milli Məclisin deputatı Rəfael Hüseynov, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, Dünya Azərbaycanlıları Konqresinin sədri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova, Köln Türk Universitetləri Təşkilatının sədri Ləvənt Daşqıran, Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşqın, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və digərləri beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılmasının beynəlxalq hüquqa etinasızlığının təzahürü kimi qiymətləndiriblər. Çıxış edənlər Xocalı soyqırımı kimi dəhşətli bir cinayətin senari müəlliflərindən olan Sarkisyanın ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu vurğulayıblar.
Aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Fransa Azərbaycan Evi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, İsveçrə Azərbaycanın Dostları Dərnəyi, İspaniya Azərbaycanlilari Cəmiyyəti, Köln Türk Universitetləri Təşkilatı, Fransa Azərbaycanın Dostları Təşkilatı, Belçika Azərbaycanlıları Assosiasiyası, Hollandiya-Azərbaycan-Türk Kültür dərnəyi, Dünya Azərbaycanlıları Konqresi, Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya Türk Federasyonu, Fransa Türk Tələbələr Birliyi, Fransa Azərbaycan Evi, Köln Türk Federasyonu, Strasburq Azərbaycan Tələbələr Birliyi və digər təşkilatlar iştirak edib.
Aksiyanın sonunda qəbul edilmiş bəyanatın mətni oxunub. Bəyanat Ermənistan səfirliyinə təqdim olunub.

1741