Türk dövlətlərinin vahid informasiya lüğətinə ilk sözlər müəyyənləşib
Türkdilli dövlətlər üçün vahid informasiya lüğətinə daxil olacaq 100 sözün qarşılığı müəyyənləşib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli APA-ya açıqlamasında bildirib ki, qarşılığı müəyyən edilən sözlər əsasən internet məkanına aiddir: “100 söz üzrə Türkiyə, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstan alimləri arasında tam razılıq əldə olunub. Bu sözlər ictimai müzakirəyə çıxarılandan sonra qəbul ediləcək. Ümumi razılığa əsasən, türkdilli xalqların hamısının dilinə yatan sözləri ümumi söz kimi işlədəcəyik. Dilimizə yatmayan sözlərin türkdilli xalqların hər birinin dilində qarşılıqları müəyyən ediləcək. Dilimizdə bu sözlərin qarşılığı olmayacağı təqdirdə, biz beynəlmiləl sözlərə müraciət edəcəyik. Azərbaycan və Türkiyə türkcələri bir-birinə yaxın olduğundan, bu sözləri başa düşməkdə elə də problem yoxdur. Əsas problem qazax, özbək və qırğız dillərindədir. Kökləri türk dili olsa da, bu dillərdə xeyli fərqlər var”.
F.Veysəlli deyib ki, sonrakı mərhələlərdə daha 100 sözün türk dillərində qarşılıqları müəyyənləşəcək: “Beləliklə, təxminən türk dillərində olan və informasiyanın bütün sahələrini əhatə edən 10 minə yaxın sözün vahid lüğəti hazırlanacaq”.

Oxşar yazılar

Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11
Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 , 15:23
İki bacı çayda boğulub öldü
17 iyul 2025 , 14:26
Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü - YENİLƏNİB
17 iyul 2025 , 14:16
Polis maşınında özünü GÜLLƏLƏDİ
17 iyul 2025 , 13:42
Olimpiya çempionunu ildırım vurub öldürdü
17 iyul 2025 , 12:53Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
17 iyul 2025 , 12:48