Azərbaycanlı “qanuni oğru” Ukraynadan deportasiya edildi
01 noyabr 2012 16:25 (UTC +04:00)

Azərbaycanlı “qanuni oğru” Ukraynadan deportasiya edildi

Rusiya vətəndaşı olan azərbaycanlı “qanuni oğru”, “Vaxa Baxış” ləqəbli Baxış Əliyev Ukraynadan deportasiya edilib. Lent.az-ın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, Əliyevə 3 il müddətinə Ukraynaya gəlmək yasaq olunub.

Məlumata görə, 38 yaşlı “qanuni oğru” oktyabrın 25-də Kiyevə gəlib. Ukrayna hüquq-mühafizə orqanlarına sızan məlumata görə, “Vaxa Baxış” paytaxt Kiyevdə bir sıra ticarət nöqtələrini nəzarətə götürmək üçün gəlibmiş və bu məqsədlə yerli avtoritetlərlə görüş keçirməliymiş.

Əliyev saxlanılarkən polis nəfərlərini təhqir etdiyinə görə, üç sutka müddətinə həbs edilib.

Həbsdən çıxandan sonra isə Ukraynada cinayət törədib-törətmədiyi aydınlaşandan sonra dərhal ölkədən deportasiya edilib.

Məlumata görə, Baxış Əliyev Gürcüstanda anadan olub, bir müddət Bakıda yaşayıb, sonra isə Rusiyaya köçərək orda vətəndaşlıq alıb. Bir neçə il əvvəl oğru “sxodkası”nda “qanuni oğru” adını alıb.

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6460

Oxşar yazılar

Bakı 53 yaşlı kişi ÖZÜNÜ ÖLDÜRDÜ

Bakı 53 yaşlı kişi ÖZÜNÜ ÖLDÜRDÜ

2 iyul 2024 , 19:03
Özünü 12-ci mərtəbədən atdı:  Bakıda qara paltarlı qadının müəmmalı intiharı - YENİLƏNİB

Özünü 12-ci mərtəbədən atdı: Bakıda qara paltarlı qadının müəmmalı intiharı - YENİLƏNİB

2 iyul 2024 , 18:45
"Moon Kids"  uşaq bağçasının direktoru saxlanıldı

"Moon Kids" uşaq bağçasının direktoru saxlanıldı

2 iyul 2024 , 16:22
Bakıda KÜTLƏVİ DAVA:  bıçağı qarnına sancdı

Bakıda KÜTLƏVİ DAVA: bıçağı qarnına sancdı

2 iyul 2024 , 15:49
Tibb Universitetinin professoru VƏFAT ETDİ

Tibb Universitetinin professoru VƏFAT ETDİ

2 iyul 2024 , 15:43
Bakıda həbsxanada DAHA BİR ÖLÜM

Bakıda həbsxanada DAHA BİR ÖLÜM

2 iyul 2024 , 14:02
Bakıda 27 nəfəri gün vurdu

Bakıda 27 nəfəri gün vurdu

2 iyul 2024 , 11:48
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

2 iyul 2024 , 10:42