Beyrutda partlayışda baş kəşfiyyatçı da həlak olub
20 oktyabr 2012 02:26 (UTC +04:00)

Beyrutda partlayışda baş kəşfiyyatçı da həlak olub

Suriyadakı vəziyyətin qonşu dövlətlərə də təsir edəcəyi iddia edilməkdədir.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Livanın paytaxtı Beyrutun mərkəzində partlayış baş verib.

İlkin məlumata əsasən, azından 8 nəfər həlak olub, 80 nəfər yaxın yaralanıb. Mənbə bildirib ki, partlayış xristianların yaşadığı Əşrəfiyyə rayonunda baş verib.

Livan polis idarəsi kəşfiyyat bölməsinin başçısı Vissam əl-Həsən də partlayış nəticəsində həlak olub. Məlumata əsasən, o, Livanın qətlə yetirilmiş baş naziri Rafiq Həririnin öldürülməsini araşdırılmasında iştirak edirmiş. Onun həm də keçmiş baş nazirin ən yaxın köməkçisi olduğu bildirilir.

Mənbənin məlumatına görə. əl-Həsən bir neçə iri miqyaslı terror işini açıb. Bu isə suriyayönlü Livan siyasətçilərinin həbsinə səbəb olub.
Ötən günkü partlayış 2008-ci ildən bəri ən irimiqyaslı aksiya sayılır.

Suriyadakı münaqişə ucbatından son aylar Livanda da gərginliyin artdığı haqda məlumatlar yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731

Oxşar yazılar