Urmiyada azərbaycanlılara qarşı soyqırımın kütləvi məzarlığı aşkarlanıb
20 oktyabr 2012 00:43 (UTC +04:00)

Urmiyada azərbaycanlılara qarşı soyqırımın kütləvi məzarlığı aşkarlanıb

İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində kütləvi məzarlıq tapılıb. Urmiyada yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, «15 Xordad» adlı məktəbə yenisini inşa etmək üçün 75 illik köhnə binası uçurdulub.

Qazıntılar zamanı qədim dövrə aid əşyalar, kəhriz və 4 metr dərinliyi olan quyularda kütləvi məzarlıq aşkar edilib. Şəhər ağsaqqallarının bildirdiyinə görə, məktəb binasının yeri bir vaxtlar “Qara sandıq” adlı qəbiristanlığın ərazisi olub.

Verilən məlumata görə, əraziyə arxeoloqlardan ibarət tədqiqat qrupu göndərilib. Məzarlığa ilkin baxış keçirən arxeoloq Rza Heydəri bildirib ki, sümüklərin altındakı küllər və bəzi yanmış sümüklər onların quyuda yandırıldığını və ya yandırıldıqdan sonra basdırıldığını deməyə əsas verir.

Şəhər əhalisi həmin məzarlığın 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş “Cilovluq” adlı soyqırımın qurbanlarına aid olduğu fikrindədir

Qeyd edək ki, 1918-ci ilin martında əsasən ermənilər və assurilər Xoy, Salmas və Urmiya və Qərbi Azərbaycan əyalətinin başqa şəhərlərində kütləvi qırğınlar törədərək, 130 mindən çox Azərbaycan türkünü qətlə yetiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1877

Oxşar yazılar