Bakıda insanları zəhərləyən mütəşəkkil dəstə zərərsizləşdirilib
19 oktyabr 2012 12:34 (UTC +04:00)

Bakıda insanları zəhərləyən mütəşəkkil dəstə zərərsizləşdirilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda aparılmış əməliyyat istintaq tədbirləri nəticəsində ölkəyə qanunsuz gətirilmiş psixotrop dərman həblərinin və ampulalarının satışını təşkil edən dəstənin üzvləri Yusif Hacıyev, Yeganə Nuriyeva və əvvəllər məhkum olunmuş Kamran Əmrahov yaxalanıb. Onlardan 10 min həb obidol, 850 həb metadon və müxtəlif adlarda digər qadağan olunmuş yüzlərlə həb və ampula götürülüb.

Saxlanılmış şəxslər ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3799

Oxşar yazılar