Rusiyada 7 il əvvəl həmyerlisini öldürən azərbaycanlı yaxalanıb
19 oktyabr 2012 10:39 (UTC +04:00)

Rusiyada 7 il əvvəl həmyerlisini öldürən azərbaycanlı yaxalanıb

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Udmutriya Respublikasının İstintaq İdarəsi məlumat yayıb.

Cinayət hadisəsi İjevskdə, Votkinsk şosesi yaxınlığındakı bir kafedə baş verib. Maqsud və Rövşən adlı iki azərbaycanlı kafedən çıxandan sonra taksi çağırıblar. 25 yaşlı Maqsud taksinin ilk dəfə onun tərəfindən çağırıldığını bildirib və taksiyə əyləşmək istəyib. Lakin Rövşən bununla razılaşmayıb və mübahisə dava-dalaşa çevrilib. Maqsud bıçağı çıxarıb və Rövşənin sinəsinə ölümcül zərbə vurub. Rövşən xəstəxanaya çatdırılsa da, bir müddət sonra həyatını itirib. Maqsud isə Rövşəni bıçaqladıqdan sonra soyuqqanlı şəkildə heç nə olmamış kimi taksiyə əyləşib və oradan uzaqlaşıb.

Maqsud Rusiyada federal axtarışa verilsə də, indiyə qədər onu yaxalamaq mümkün olmayırmış. Maqsudu 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875

Oxşar yazılar