Azərbaycanlı Rusiyada həbsxanadan qaçıb
19 oktyabr 2012 10:21 (UTC +04:00)

Azərbaycanlı Rusiyada həbsxanadan qaçıb

Azərbaycan vətəndaşı, xüsusi təhlükəli cinayətkar Nəzərov Samir Çingiz oğlu Volqoqradda yerləşən sərt rejimli islah əmək düşərgəsindən qaçıb.

APA-nın məlumatına görə, Volqoqrad polisi onu və həbsxanadan qaçmış 1986-cı il təvəllüdlü Aleksey Malıxini axtarır. Qaçışın detalları barədə məlumat verilmir. Samir Nəzərovun qətl, quldurluq və maşın qaçırma kimi cinayətlərə görə 23 il 10 ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir. Məhkumlar dünən saat 14.00 radələrində Volqoqradın Krasnoarmeysk rayonunda yerləşən 26 saylı islah əmək düşərgəsindən qaçıblar. Məhkumların hamamın pəncərəsindən qaçdığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3011

Oxşar yazılar