Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisəsində olublar
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 7 saylı cəzaçəkmə müəssisəsinin bütün obyektlərinə baxış keçirilib, orada saxlanılan 40-dək məhkum konfidensial şəraitdə qəbul edilib. Məhkumlar rəftar və saxlanılma şəraitindən şikayət etməyiblər.
Burada məhkum yataqxanalarının 8-dən 5-nin döşəməsi taxta ilə əvəz olunub, cərimə təcridxanasının şəraiti müasir tələblərə uyğunlaşdırılıb, artıq çarpayılar kameralardan çıxarılıb, klubda yeni skamyalar quraşdırılıb, yeni kompüter kursları açılıb və hamamda duşların sayı artırılıb.
Eyni zamanda araşdırma aparılarkən müəssisənin yataqxanalarından üçün döşəmələrinin hələ də daşdan olduğu, habelə müəssisədə məhkumların ailələri ilə əlaqə saxlamaları üçün telefonların sayının az olduğu, bəzi məhkumların əlillik dərəcəsi almaları ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına müraciətlərinin nəticəsiz qaldığı müəyyən edilib.
Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə, eyni zamanda məhkumların Tibbi Sosial Ekspert Komissiyasına müraciətlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edilib.

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı
20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM
20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı
20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR
20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü
20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis həbs olundu
20 avqust 2025 , 13:19
Azərbaycanlı qadının çürümüş meyiti tapıldı
20 avqust 2025 , 12:50