Peterburqda azərbaycanlı ailə güllələnib
09 oktyabr 2012 12:26 (UTC +04:00)

Peterburqda azərbaycanlı ailə güllələnib

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı ailənin üzvləri güllələnib. Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Obuxov prospekti, 269 ünvanında baş verib.

Naməlum şəxs ər və arvadın kirayədə yaşadığı mənzilə gələrək ov tüfəngindən bir neçə dəfə atəş açıb. Zərərçəkənlər güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər.

Atəş açan şəxs isə saxlanılıb. İnsidentin səbəbləri araşdırılır.
# 4362

Oxşar yazılar