Bakıda toyda faciə: ölən var
08 oktyabr 2012 12:31 (UTC +04:00)

Bakıda toyda faciə: ölən var

Oktyabrın 7-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yerləşən San Remo şadlıq evində keçirilən toy mərasimi zamanı 1966-cı ildə Neftçala rayonunda anadan olmuş və Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yaşayan Cəfərov Manaf Ağarəhim oğlu qəfil ölüb.

M.Cəfərov oynadığı zaman qəfil yıxılıb. Təcili tibbi yardıma müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra toy məclisi başa çatdırılıb.

Nizam RZA
# 7766

Oxşar yazılar