Bakıda Koreya dövlətinin yaradılması günü qeyd olunub
05 oktyabr 2012 01:39 (UTC +04:00)

Bakıda Koreya dövlətinin yaradılması günü qeyd olunub

APA-nın məlumatına görə, Koreyanın Azərbaycandakı səfirliyində keçirilmiş qəbul çıxış edən səfir Ço Suk-İnn dövlətin yarandığı gündən ölkənin keçdiyi inkişaf yolundan danışıb.

Səfir Azərbaycan və Koreya arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndirərək qeyd edib ki, ölkələr siyasət, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirəcəklər.

Qəbulda bir sıra ölkəmizdəki diplomatik missiyaların rəhbərləri və əməkdaşları, QHT və KİV nümayəndələri iştirak ediblər.
# 547

Oxşar yazılar