Baş Prokurorluq: Elşad Abdullayevin təhlükəsizliyi təmin ediləcək
04 oktyabr 2012 13:51 (UTC +04:00)

Baş Prokurorluq: Elşad Abdullayevin təhlükəsizliyi təmin ediləcək

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini nəzərə alaraq, qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş Prokurorluğun nəzdində tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qrupa rəhbərlik Baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib. Məlumatda qeyd olunur ki, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq E.Abdullayevin Azərbaycan Respublikasına gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcək.
# 3524

Oxşar yazılar