Polis bölməsindəki ölümlə bağlı rəsmi açıqlama
03 oktyabr 2012 13:37 (UTC +04:00)

Polis bölməsindəki ölümlə bağlı rəsmi açıqlama

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi paytaxtın Sabunçu rayonunda polis bölməsində baş verən ölüm faktı ilə bağlı birgə məlumat yayıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 1-dən 2-ə keçən gecə Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Korobeynikov Rauf Aydın oğlu və 1996-cı il təvəllüdlü Əliyev Amil Eldar oğlu Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsində mağazadan, qapını sındırmaq yolu ilə ərzaq məhsulları, səhər saat 5 radələrində Bakıxanov qəsəbəsində «Yeddi gözəl» mağazasından, satıcının yatmasından istifadə edərək, iki ədəd mobil telefon oğurlayıb, saat 5.30 radələrində həmin qəsəbənin Bakıxanov parkında 1995-ci il təvəllüdlü Yəhyayev Namiq Əsəd oğlunu bıçaqla hədələyərək zor tətbiq etməklə, mobil telefonunu quldurluq yolu ilə talayıblar.


Həmin gün Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayətləri törətməkdə şübhəli olan R. Korobeynikov və A. Əliyev müəyyən olunaraq polisə gətirilib və Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5 maddələri ilə başlanmış cinayət işi üzrə müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra saat 16 radələrində şübhəli şəxs qismində saxlanılıb.

Müəyyən olunub ki, CM-nin 177.2.2 , 172.2.3, 85.2 və 69.4 maddələri ilə Sabunçu Rayon Məhkəməsinin 10.10.2008-ci il tarixli, eləcə də CM-nin 172.2.3 maddəsi ilə Nizami Rayon Məhkəməsinin 11.06.2012-ci il tarixli hökmləri ilə əvvəllər məhkum olunmuş A. Korobeynikov 1 saylı ruhi-əsəb dispanserində məcburi müalicə kursu da keçib.

02.10.2012-ci il tarixdə axşam saat 20 radələrində A. Korobeynikov müstəntiqin otağında sahə inspektorunun və zərərçəkmiş N. Yəhyayevin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən qəflətən özünü pis hiss edib, təcili tibbi yardımın çağırılmasına və bütün zəruri tibbi yardımın göstərilməsinə baxmayaraq, ilkin rəyə görə, ürək çatışmazlığından vəfat edib.

Mərhumun meyiti ekspertizaya göndərilib və yaxınlarının iştirakı ilə baxış keçirilərkən onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb.

Hazırda Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
# 3219

Oxşar yazılar

“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45
Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR  -VİDEO

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR -VİDEO

1 may 2024 , 16:50
Azərbaycandan çıxışına qadağa qoyulan  495 nəfərin ölkəni tərk edə bilmədi

Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk edə bilmədi

1 may 2024 , 16:03
Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

1 may 2024 , 15:52
Ağdamda AĞIR QƏZA:  ölən və xəsarət alanlar var -YENİLƏNİB

Ağdamda AĞIR QƏZA: ölən və xəsarət alanlar var -YENİLƏNİB

1 may 2024 , 15:46