İsmayıllıda qəza baş verib
03 oktyabr 2012 11:50 (UTC +04:00)

İsmayıllıda qəza baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İsmayıllı şəhərində “VAZ” markalı iki minik avtomobili toqquşub. Lent.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin sürücüsü və 2 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
# 1115

Oxşar yazılar