Bakıda zəncirvarı qəza
03 oktyabr 2012 10:14 (UTC +04:00)

Bakıda zəncirvarı qəza

Bu gün saat 09:00 radələrində Bakıda zəncirvarı qəza baş verib. Nizami Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Babək prospektində, şəhər istiqamətində “Azpetrol” şirkətinə məxsus yanacaqdoldurma stansiyası yaxınlığında 5 minik avtomobili toqquşub. Xəsarət alanlar var. Nizami Rayon Polis İdarəsindən qəza nəticəsində həyatını itirənlərin olmadığı bildirilib. Zəncirvarı qəza yolda hərəkətin dayanmasına və Babək prospektinə böyük tıxaca səbəb olub.
# 2693

Oxşar yazılar