Yol qəzalarında 3 nəfər öldü
02 oktyabr 2012 14:32 (UTC +04:00)

Yol qəzalarında 3 nəfər öldü

Lənkəran rayonun ərazisində yol-qəza hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Osakücə kəndi ərazisində rayon sakini Rəqib İmaməliyev idarə etdiyi "QAZ-53" markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişinlərindən Şahin Sadıqov hadisə yerində ölüb, xəsarət almış digər sərnişini Ramal İmanzadə isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Paytaxtın Sabunçu rayonu ərazisində də yol-qəza hadisəsi baş verib. "ZİL" və Bakı şəhər sakini Könül Tanışxanova məxsus "VAZ-21015" markalı avtomaşınlar toqquşub. Nəticədə "VAZ-21015" markalı avtomaşında olan 2 kişi (sürücü və sərnişin) hadisə yerində ölüb.

Daha bir yol qəzası Paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu ərazisində, müəyyən edilməyən avtomaşınla Abşeron rayon sakini Aksana Orucəliyeva vurulub. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

İmişli rayonunun Mirli kəndi ərazisində, Füzuli rayon sakini Vüsal Əsədovun idarə etdiyi "VAZ-21099" və Saatlı rayon sakini Natiq Azadovun idarə etdiyi "ZİL" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış V.Əsədov və sərnişinləri Fərid Vəliyev və Ramin Əsgərov xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
# 1013

Oxşar yazılar

NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10
“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45
Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR  -VİDEO

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR -VİDEO

1 may 2024 , 16:50
Azərbaycandan çıxışına qadağa qoyulan  495 nəfərin ölkəni tərk edə bilmədi

Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk edə bilmədi

1 may 2024 , 16:03
Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

1 may 2024 , 15:52