Quba hadisələri ilə bağlı daha bir məhkəmə prosesinə start verildi - FOTO
25 sentyabr 2012 11:10 (UTC +04:00)

Quba hadisələri ilə bağlı daha bir məhkəmə prosesinə start verildi - FOTO

Bu gün Quba rayon məhkəməsində bu il martın 1-də Qubada törədilən iğtişaşlarla bağlı daha 7 nəfərin məhkəməsi başlayır. Quba rayon məhkəməsindən Lent.az-a verilən məlumata görə, hakim Fizuli Pənahovun sədrliyi ilə keçiriləcək iclasda Qəribov Səfər Fazil oğlu, Əmiraslanov Zimistan Əkrəm oğlu, Əliyev Akif Məmmədtağı oğlu, Əliyev Habil Əhməd oğlu, Dadaşov Telman Əfqan oğlu, Abdullayev Samir Alim oğlu və Əkbərov Məmmədhəsən Məmmədəli oğlunun cinayət təqibi ilə bağlı məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız Əliyev Habil Azərbaycan Respublikası CM-nin 127.2.3; 186.2.2; 233 və 315.2-ci maddələri ilə ittiham olunur. Müttəhimlərdən Qəribov Səfər Fazil oğlu, Əmiraslanov Zimistan Əkrəm oğlu, Əliyev Akif Məmmədtağı oğlu, Dadaşov Telman Əfqan oğlu, Abdullayev Samir Alim oğlu və Əkbərov Məmmədhəsən Məmmədəli oğlu isə CM-nin 186.2.1; 186.2.2;233 və 315.2 maddələrinin tələblərini pozmaqda təqsirləndirilirlər.
Təqsirləndirilən şəxslərdən 4 nəfər – S.Qəribov, Z.Əmiraslanov, A.Əliyev, H.Əliyev həbsdədir. Digər şəxslər barədə isə heç bir yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1447

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10