Sumqayıtda güclü partlayış: ölənlər və yaralananlar var - YENİLƏNİB-FOTO
Sumqayıtda baş vermiş partlayışla nəticələnən yanğına yanacaq çəninin üzərində aparılan qaynaq işləri səbəb olub.
Bu barədə APA-nın hadisə yerində olan müxbirinə şahidlər məlumat veriblər. Onların sözlərinə görə, qaynaq işləri zamanı qəfildən yanğına keçən partlayış baş verib. Hadisə nəticəsində ərazidə işləyən fəhlələr arasında ölənlər və xəsarət alanlar var.
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. Yanğınla bağlı 4-cü dərəcəli ən yüksək yanğın çağırışı verilib. Yanğının lokallaşdırılması üçün havaya helikopter qaldırılması gözlənilir. Hazırda yanğının digər çənlərə keçməməsi məqsədilə çənlərin soyudulması prosesi aparılır.
Əraziyə Sumqayıt və Bakıdan yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən zavodlardan birində partlayış qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
***
Sumqayıtda baş verən yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürən maşın cəlb edilib. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib. Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsləri hazırda hadisə yerindədir. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən zavodlardan birində qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
***
17 Sentyabr 2012 18:17
Sumqayıtda güclü partlayış olub.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.
Hadisə bu gün Sumqayıtda fəaliyyət göstərən zavodlardan birində qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. Nəticədə bir neçə nəfər xəsarət alıb.
Hazırda yanğınsöndürənlər hadisə yerində yanğının qarşısının alınması istiqamətində tədbirlər görür.
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir.

Oxşar yazılar

İnsanda ət milçəyi sürfələri ilə ilk yoluxma halı aşkar edildi
25 avqust 2025 , 03:51
İdmançı Bosfor boğazını keçərkən yoxa çıxdı
25 avqust 2025 , 01:33
Ucarda ağır qəza - Minik avtomobili "KamAZ"a çırpıldı
25 avqust 2025 , 00:48
Gəncədə 29 yaşlı oğlanı bıçaqladılar
25 avqust 2025 , 00:13
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir - YENİLƏNİB -VİDEO
24 avqust 2025 , 23:15
72 yaşlı kişi dənizdə boğulub öldü
24 avqust 2025 , 21:41
İsmayıllıda dağlıq ərazidə yanğın olub
24 avqust 2025 , 20:58