Bakıda taksi sürücüləri arasında qanlı dava
22 avqust 2012 10:25 (UTC +04:00)

Bakıda taksi sürücüləri arasında qanlı dava

Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, yer üstündə başlayan mübahisə nəticəsində 24 yaşlı taksi sürücüsü Həsənov Cavid Xudaverdi oğlu 46 yaşlı həmkarı Musayev Səməndər Musa oğluna bıçaqla xəsarət yetirib. Mübahisə yaşlı sürücünün gənc həmkarına “bizim çörəyimizə bais olma, get başqa yerdə dayan” deməsindən sonra qızışıb. Cavid Həsənov isə öz hüququnu bıçaqla “müdafiə” etməyə çalışıb.


Hadisədən sonra evə gedərək azyaşlı oğlu ilə vidalaşan Cavid Həsənov daha sonra polis bölməsinə gedərək təslim olub. Faktla bağlı istintaq araşdırmaları davam edir.
# 2622

Oxşar yazılar