Qubada 56 yaşlı kişi özünü öldürüb
22 avqust 2012 10:04 (UTC +04:00)

Qubada 56 yaşlı kişi özünü öldürüb

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Xaşı kənd sakini, 1956-cı il təvəllüdlü Tarverdiyev Həsən Tapdıq oğlu yaşadığı evdə özünü asıb. 56 yaşlı kişinin kəndirdən asılı meyiti yataq otağından tapılıb.


Qeyd edək ki, intihar etmiş H.Tarverdiyev ali təhsilli və ailəli olub. Onun uzun müddət ruhi-əsəb xəstəliyindən müalicə olunduğu bildirilir.

Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.


Nizam RZA
# 967

Oxşar yazılar