Abşeronda 2 qəza: 2 nəfər ölüb
21 avqust 2012 13:43 (UTC +04:00)

Abşeronda 2 qəza: 2 nəfər ölüb

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 22.45 radələrində Abşeron rayonu ərazisində, Mehdiabad qəsəbə sakini Malik Hüseynov "VAZ 2106" markalı avtomaşını idarə edərkən 30-35 yaşlı qadını vurub. Nəticədə həmin qadın aldığı xəsarətdən hadisə yerində ölüb.


Saat 22.40 radələrində isə Abşeron rayonu ərazisində, Lökbatan qəsəbə sakini Seymur Kalbalıyev "Mercedes 190" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Nəticədə sürücü hadisə yerində ölüb.
# 1295

Oxşar yazılar