Azərbaycan Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib - FOTO
21 avqust 2012 12:51 (UTC +04:00)

Azərbaycan Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib - FOTO

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumata görə, Türkiyə vətəndaşı, 42 yaşlı Jak Matalon informasiya texnologiyaları cinayətləri və dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun tutulması üçün İnterpola müraciət edib.

Hazırda onun tutulması üçün tədbirlər görülür.

APA-nın əldə etdiyi məlumata görə, Jak Matalon Türkiyədə, habelə dünyada informasiya texnologiyaları sahəsində güclü mütəxəssislərdən sayılır. O, “Arustel” şirkətinin baş direktoru vəzifəsində çalışır.
# 2238

Oxşar yazılar