Lent.az-ın əməkdaşı Suriyadan qayıtdı
21 avqust 2012 12:19 (UTC +04:00)

Lent.az-ın əməkdaşı Suriyadan qayıtdı

Lent.az-ın Suriyaya ezam olunmuş müxbiri Səbuhi Məmmədli dünən gecə Bakıya qayıdıb. Əməkdaşımızın verdiyi məlumata görə, demək olar ki, yer üzündən silinmiş Azaz şəhərində və ağır döyüşlərin getdiyi Hələb şəhərində olub.

“Hələbdən o yana – ölkənin dərinliklərinə təhlükəsizliyə heç bir zəmanət olmadığından gedə bilmədik. Çünki şəhərin cənub istiqamətində şiddətli döyüşlər gedirdi. Başqa tərəfdən, Hələbdəki vəziyyət ölkədəki ümumi durumu göstərmək üçün yetərlidir. Demək olar ki, bütün lazımi informasiya və təəssüratları toplaya bildim. Suriya indi sözün həqiqi mənasında bir cəhənnəm qazanını xatırladır. Mən orda olduğum vaxtda elə şeylər gördüm, elə şeylər eşitdim ki, həyatım boyu yadımdan çıxmayacaq”.

Məmmədlinin dediyinə görə, o, Hələbdən reportaj hazırlamaqla bərabər Suriya Azadlıq Ordusunun qərargahında olub, səhra komandirlərin biri ilə müsahibədə götürüb.

Həmin reportajı və müsahibəni, habelə əməkdaşımızın səfər təəssüratlarını bu gündən Lent.az-da oxuya biləcəksiniz.
# 2710

Oxşar yazılar