Bakıda qoca kişini öldürüb, yolun kənarına atdılar
17 avqust 2012 15:41 (UTC +04:00)

Bakıda qoca kişini öldürüb, yolun kənarına atdılar

Lent.az-ın məlumatına görə, Babək prospektində Daş bazarı adı ilə tanınan yerin yaxınlığında üzərində xəsarətləri olan 70-80 yaşlı kişinin meyiti aşkarlanması ilə bağlı polisə məlumat daxil olub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs 1936-cı il təvəllüdlü Cələbov Fətulla Eynulla oğludur. Müayinə zamanı onun üzərində, baş və bədən nahiyələrində çoxlu əzilmiş-sıyrılmış xəsarətlər müəyyən edilib.

İlkin ehtimal kimi 76 yaşlı F.Cələbovun yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi, yəni avtomobilə vurulması nəzərdən keçirilir.

Hazırda fakt üzrə hüquq-mühafizə orqanlarında araşdırmalar davam etdirilir.

Nizam RZA
# 2130

Oxşar yazılar