Sualtı evdə 100 gün qalacaq -  Dünya rekordu
15 mart 2023 15:32 (UTC +04:00)

Sualtı evdə 100 gün qalacaq - Dünya rekordu

Biotibbi mühəndisi və ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Cozef Dituri martın 1-dən suyun altında yaşamağa başlayıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Dituri suyun 10 metr dərinliyində yerləşən 30 kvadrat metrlik bir evdə yaşayır.

Onun məqsədi iyun ayının 9-a qədər orada qalmaqdır. Hələ 2014-cü ildə iki amerikalı bioloq suyun altında 73 gün yaşamaqla bir rekorda imza atmışdı. Əgər Dituri bunu 100 günə çatdıra bilsə, o, rekordu təzələyəcək və “Ginnesin Rekordlar Kitabı”na düşəcək. 

Dituri hazırda uzun müddət yüksək təzyiqli mühitdə yaşamağın nəticələrini təhlil edir. Suyun evə girməsinin qarşısını almaq üçün mütəmadi olaraq boşluğa hava vurulur. Bu, yer səthindəki təzyiqdən təxminən 1,6 dəfə yüksək təzyiq yaradır.

İndiyə qədər insan bədəni heç vaxt bu qədər uzun müddət su altında qalmamışdı və buna görə də amerikalı mühəndis daimi olaraq izlənilir və nəzarətdə saxlanılır. 

Qeyd edək ki, mühəndis suyun altındakı evdə bu günlər ərzində araşdırma aparacaq və Cənubi Florida Universitetində tələbələrinə onlayn mühazirələr oxuyacaq. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Sevinc Fərid

Oxşar yazılar