Qonaq və ya ezamiyyətə gedəndə bəziləri öz pullarını və qiymətli əşyalarını müxtəlif yerlərdə gizlədir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, onların arasında güldanlar, məişət texnikaları, döşəyin altı, rəsm tablolarının arxası və digər yerlər ən çox istifadə olunanlardır.
Evə girən oğrular isə çox vaxt elə bu yerləri axtarırlar. İsveçli ekspertlər evdəki pul və zinət əşyalarını gizlədilməsi üçün oğruların ağlına gəlməyən yerlərin siyahısını açıqlayıblar.
Siyahının ilk yeri sökülüb yığılan uşaq oyuncaqlarıdır. Ekspertlər gigiyenik vasitələrindən, yuyucu toz qablarından da istifadə etməyi məsləhət görüb. Bundan başqa, ən etibarlı yerlərdən biri də köhnə əşyaların, döşəmə əskilərinin və zibil vedrəsinin saxlanıldığı guşələr hesab edilir.