Mikrodalğalı sobanı  necə təmizləmək olar?
11 fevral 2023 10:02 (UTC +04:00)

Mikrodalğalı sobanı necə təmizləmək olar?

Mikrodalğalı sobanı təmizləmək üçün tələsmək lazım deyil. Onu tez-tez təmizləmək səhv addımdır. Əvvəlcə bir müddət işlədilməlidir. Daha sonra çirkləndiyini düşündükdən sonra isə kimyəvi üsullar olmadan təmizləyə bilərsiniz.

Lent.az xəbər verir ki, sobaların daxilində qidalar qızdırıldığı üçün lazımı qədər kimyəvi məhsullarla təmizləməkdən qaçılmalıdır.

Belə ki, bir qabı isti su və sirkə ilə doldurun. Kasanı mikrodalğalı sobaya qoyun və qapısını bağlayın. Bundan 15-20 dəqiqə gözləyin. Su soyuduqdan sonra süngəri sabunla köpükləyin və sobanın altını, tavanını və divarlarını silin.

Daha sonra sobada qalan köpüyü ilıq su ilə yuyun, qurulayın. Qarşınızda təmiz və qoxusuz mikrodalğalı soba olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3711
avatar

Sevinc Fərid

Oxşar yazılar