Mətbəxdə daim yemək bişirildiyi üçün xoşagəlməz qoxu qaçılmazdır. Qoxular, həmçinin soyuducuda və ya otaqda xarab olan qidalardan da yarana bilər. Əsas problem odur ki, bu iylər uzun müddət mətbəxi tərk etmir və bu da insanlar da narahatlıq yaradır.
Lent.az mətbəxdəki xoşagəlməz qoxulardan qurtulmağın 3 sadə yolunu təqdim edir:
Duz
Bəli, düz oxudunuz. Adi duz qoxunu aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biridir.
Əgər isti sobaya duz səpsəniz, istənilməyən iylərin yox olacağının şahidi olacaqsınız. İstifadə üçün bir çay qaşığı kifayət edəcək.
Sitrus qabığı
Portağal və ya limon yeməyi planlaşdırırsınız? Qabıqları atmayın! Mətbəxinizdə pis qoxu varsa, o sitrus qalıqlarını isti ocağın üzərinə qoyun. Tezliklə bütün xoşagəlməz qoxular otaqdan yox olacaq. Əksinə, ətrafı xoş bir ətir bürüyəcək.
Qəhvə
Qəhvə hazırlayın. Bu zaman iki müsbət nəticə əldə edəcəksiniz. Həm dadlı içkidən həzz alacaqsınız, həm də otağı pis qoxulardan xilas edəcəksiniz. Çalışın türk qəhvəsindən istifadə edin. Çünki hazır qəhvələrdən nəzərəçarpacaq nəticə əldə etmək imkanı azdır.