Göyərtiləri  soyuducuda belə saxlayın – Təzə qalacaq
30 avqust 2024 17:36 (UTC +04:00)

Göyərtiləri soyuducuda belə saxlayın – Təzə qalacaq

Bir çox insan göyərtilərin təravətini tez itirdiyindən şikayət edir.  Çünki onları qurutmaq və dondurmaq istənilmir. 

Lent.az xəbər verir ki, mütəxəssislər göyərtiləri düzgün saxlanmasının əsas sirlərindən danışıb 

Onlar nədir?

Banka 

Qeyd etmək lazım olan ilk şey, göyərtilərin əvvəlcə yuyulması, qurudulması və bir az kəsilməsidir. Bundan sonra uyğun ölçülü bir banka götürün, su tökün və göyərtini doldurun.

Üstünü dəlikli bir parça ilə örtün. Hər 24 saatdan bir suyunu dəyişdirin. Bu şəkildə göyərti 14 günə qədər təzə qalır.

Plastik qab 

Əgər qablarınız varsa, onları göyərti saxlamaq üçün təhlükəsiz istifadə edə bilərsiniz. Dibini bir təbəqə kağız dəsmal ilə örtün, sonra göyərtini qoyun və bağlayın. Bu üsul həm də təravətini 14 günə qədər saxlamağı vəd edir.

Kağız dəsmal çantası

Dəsmala yüngül şəkildə su səpin və göyərtiləri ona bükün. Bu formada məhsul kifayət qədər uzun müddət təzə qalacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4485
avatar

Sevinc Fərid

Oxşar yazılar