Bir müddət öncə Holliud ulduzu Bred Pittin Los-Anceles şəhərindəki dəbdəbəli malikanəsini 39 milyona satdığı bildirilmişdi.
Lent.az-ın xəbərinə görə, aktyorun dostu, aktrisa Elvira Kassandara bildirib ki, Bred Pitt ev satılmazdan öncə onu arvadı ölmüş, tənha bir qocaya veribmiş. 105 yaşlı kişi ölən günə qədər həmin malikanədə yaşayıb. Bred Pitt ona çox mehriban davranırmış və qocanın bütün maddi tələbatını qarşılayırmış.
Xatırladaq ki, Bred Pitt Los-Ancelesin Los-Felis rayonunda yerləşən bu malikanəsində keçmiş arvadı Ancelina Coli ilə birlikdə yaşayırdı.