Hindistanda bir kişi yaxşı refleksləri sayəsində timsahın hücumundan xilas olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Odişa ştatında yerləşən Lunimatiya kəndində baş verib. 62 yaşlı yerli sakin Ramaçandi çayı yaxınlığında səhər vannası qəbul edərkən timsahın hücumuna məruz qalıb.
Yırtıcı onun qolundan tutub suya sürükləməyə çalışıb. Kişi cavab olaraq timsahın gözlərini çıxarıb. Nəticədə timsah onu buraxıb. Daha sonra o, həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib.