Xamneyi Əhmədinejadı seçkiyə buraxmadı
27 sentyabr 2016 15:36 (UTC +04:00)

Xamneyi Əhmədinejadı seçkiyə buraxmadı

İranın sabiq prezidenti Mahmud Əhmədinejad növbəti prezident seçkilərində iştirak etməyəcək.

 

APA-nın Tehran bürosunun məlumatına görə, ali rəhbər ayətullah Xamneyinin M. Əhmədinejada namizədliyini irəli sürməməsi və cəmiyyətdə ikitirəliyə yol verməməsi ilə bağlı məsləhətindən sonra keçmiş prezident ali rəhbərə məktub yazıb. O, məktubunda prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib: “İranın ali rəhbərinin göstərişi və məsləhətini yerinə yetirmək məqsədilə gələcək prezident seçkilərində iştirak etmək niyyətim yoxdur və namizədliyimi irəli sürməyəcəyəm”.

 

Qeyd edək ki, ötən gün ayətullah Xamneyi bildirib ki, Mahmud Əhmədinejada bu dövr üçün prezident seçkilərində iştirak etməməyi məsləhət görüb: “Onun namizədliyi məsləhət deyil”.

 

M. Əhmədinejad növbəti prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən hesab olunurdu. Seçkilər yaxın 8 ay ərzində keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar

Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33
Heyvanxanada 13 nəfəri ildırım vurdu

Heyvanxanada 13 nəfəri ildırım vurdu

14 may 2025 , 22:22
HƏMAS üzvlərini  öldürən polis məktub yazıb intihar etdi

HƏMAS üzvlərini öldürən polis məktub yazıb intihar etdi

14 may 2025 , 18:08
Rusca danışan məktəb direktoru işdən QOVULDU

Rusca danışan məktəb direktoru işdən QOVULDU

14 may 2025 , 16:16
Polislərə elektrikli skuter  veriləcək

Polislərə elektrikli skuter veriləcək

14 may 2025 , 15:20
1977-ci ildəki  qətlə görə TUTULDU - Siqaret izi ilə  bilindi...

1977-ci ildəki qətlə görə TUTULDU - Siqaret izi ilə bilindi...

14 may 2025 , 13:14
Sursatlar partladı: 13 nəfər öldü

Sursatlar partladı: 13 nəfər öldü

14 may 2025 , 07:58
Hindistanda pələng üç qadını  parça-parça etdi

Hindistanda pələng üç qadını parça-parça etdi

14 may 2025 , 06:57