34 minə yaxın Ukrayna vətəndaşı ölkənin şərqində davam edən hərbi əməliyyatlara görə evlərini tərk etmək məcburiyyətində qalıb.
Lent.az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin humanitar yardım üzrə əlaqələndiricisi Valeri Eymos bəyan edib.
Onun sözlərinə görə, BMT-nin qaçqınlar üzrə agentliyində 19 min qaçqın barədə məlumat var. Daha 15 min nəfər BMT-nin bilavasitə müşahidə etmədiyi bölgələrdən qaçqın düşüb.
2014-cü ilin mayında BMT Ukraynada 10 mindən çox qaçqının olduğunu bildirmişdi. O vaxt söhbət, ilk növbədə, Krım tatarlarından gedirdi.