Hava şəraitinin kəskin soyuması ilə əlaqədar Türkiyədə 22 hava reysi təxirə salınıb. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Bundan başqa, "Türk Hava Yolları"na (THY) məxsus İstanbul-İran reysi ilə uçan təyyarə ildırım vurması səbəbi ilə məcburi eniş edib.
Belə ki, Atatürk Hava Limanından qalxdıqdan bir müddət sonra təyyarəni ildırım vurub və nəticədə hava gəmisi Ankaradakı Esenboğa Hava Limanında məcburi eniş etməli olub.
Onu da qeyd edək kİ, sinoptiklər Türkiyədə qeyri-sabit hava şəraitinin həftə sonuna qədər davam edəcəyini bildirirlər.