
Türkiyədə daha 3 polis rəisi işdən çıxarılıdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Sakarya Universitetindəki çıxışında "ikinci rüşvət əməliyyatı"nı başladan xüsusi səlahiyyətli prokuror Muammer Akkaşı təhqir edib. APA TV-nin xəbərinə görə Ərdoğan belə deyib: "Bir prokuror ədliyyəyə qarşısında bəyanat paylayarmı? Bu adam üz qarasıdır. Hakimlər və Prokurorların Ali Şurasına cinayətlə bağlı müraciət edirəm".
Ərdoğan hökumətin təklif etdiyi Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin idarəetmə prosedurunda dəyişikliyi "Konstitusiya pozuntusu" kimi qiymətləndirən Hakimlər və Prokurorların Ali Şurası haqqında "Hakimlər və Prokurorların Ali Şurası da cinayət edib. Bunları kim mühakimə edəcək? Səlahiyyətim çatsa, mən mühakimə edərdim. Bunları millət mühakimə edəcək!", deyə bildirib.
Mummer Akkaş bir müddən əvvəl "ikinci rüşvət əməliyyatı"nın gedişində polisin prokurorluğun tələblərini yerinə yetirmədiyini və bəzi şübhəlilərin qaçmasına zəmin yaratdığını demişdi.
Türkiyənin tanınmış iş adamı Ali Ağaoğluna aid "Bakırköy 46 Proyekti" İstanbul 8-ci İdarə Məhkəməsinin qərarı ilə dayandırlıb. Ağaoğlu bildirib ki, proyektin sənədi deyil, planı ləğv olunub və qərara etiraz edəcəklər. Dekabrın 17-də keçirilən rüşvət əməliyyatının birinci günü istintaq cəlb edilən Ağaoğlu dindirildikdən sonra ölkədən çıxışına qadağa qoyulmaqla sərbəst buraxılıb.
Kocaeli Polis İdarəsində 3 şöbə müdiri vəzifəsindən azad edilib. Məlumata görə, azad edilən müdirlər Kəşfiyyat Şöbəsinin müdiri Metin Canbay, Terrola Mübarizə Şöbəsinin müdiri Ali Çavdar və Kiber Hücumlarla Mübarizə Şöbəsinin müdiri Turan Şahindir.
Oxşar yazılar

Dünyanın ən əlçatmaz kitabxanası: harada yerləşir və insanları necə cəlb edir?
21 avqust 2025 , 14:32
Süni intellektlə sevgili oldu, arvadını boşamaq istədi
21 avqust 2025 , 14:03
Özbəkistan Ginnesin Rekordlar Kitabında: Bir gündə 1900-dən çox robot
21 avqust 2025 , 08:11
Türkiyədə AĞIR QƏZA: 1 ölü, 13 yaralı var
21 avqust 2025 , 07:03
Karib dənizində narıncı köpəkbalığı aşkarlandı
21 avqust 2025 , 04:24
Ölümcül tropik virus Londona yayıla bilər
21 avqust 2025 , 03:34
Kamçatkada zəlzələ baş verdi
21 avqust 2025 , 02:02