Türkiyə “Mavi Mərmərə” bərəsinin ələ keçirilməsi əməliyyatında iştirak edən İsrail hərbçilərinin həbsi ilə bağlı İnterpola müraciət edib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Türkiyə İsrail ordusunun baş qərargahının keçmiş rəisi Rau Aluf Qabriel Aşkinazi, Hərbi Dəniz Donanmasının keçmiş komandanı Eliezer Alfred Marom, hərbi kəşhfiyyatın keçmiş başçısı Amos Yadlin, Hərbi Dəniz Donanması kəşfiyyatının keçmiş rəisi Avişay Levinin həbsi haqda İnterpola order təqdim edib.
İsrail ordusunun keçmiş komandanları Türkiyənin 10 vətəndaşının qətlində ittiham edilir və onların ömürlük həbsi istənilir.