Pakistanda prezidentliyə namizədliyini irəli sürənlər arasında bir transseksual da var.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, 1995-ci ildə dünyaya göz açan və ailəsi tərəfindən Essa Gül adı qoyulan Sanam Fakir olğan kimi yaşaya bilmədiyini hiss edib.
İmam olan atası onu evdə dustaq kimi saxlayıb. Atası vəfat edəndən sonra 15 yaşında olarkən qardaşları tərəfindən evdən qovulub və Cinsini Dəyişdirənlər Cəmiyyətinin bir üzvü tərəfindən himayəyə götürülüb. Daha sonra adını dəyişdirib, saçlarını uzadıb, qadın paltarları geyinməyə başlayıb. O, rəqqas kimi çalışıb, fahişəliklə məşğul olub. Bir müddət sonra qazandığı pullarla paltar alıb, bunları qapı-qapı gəzərək satmağa başlayıb. Sonra da özü kimi transseksual olan yaşlı insanlar üçün bir yardım mərkəzi açıb. Hazırda Sukkurdakı həmin ev Sanam Fakirin seçki kampaniyasını təşkil etdiyi bir ofis funksiyasını yerinə yetirir. Sanam Fakir deyib ki, başqaları üçün yaşamağa qərar verib, çünki hər kəs özü üçün yaşayır və başqaları üçün fədakarlıq etmir.
Qeyd edək ki, Pakistanda namizədliyini irəli sürən 23 min nəfərdən yalnız 7-i Sanam Fakir kimi transseksualdır və heç bir partiyanın üzvü deyil. Transseksualların seçkilərdə qalib gəlmək şansı az sayılsa da, bəlkə də mayın 11-də mühafizəkarlığı ilə seçilən Pakistanda bir ilkə imza atacaqlar...