Ukraynanın məhbus, keçmiş baş naziri Yuliya Timoşenko müddətsiz aclıq elan edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, Ukrayna hakimiyyətindən Avropa Birliy ilə assosiasiya haqqında müqavilə imzalamasını istəyir.
Vəkili avrointeqrasiyanı dəstək mitinqində keçmiş hökumət başçısının məktubunu oxuyub: «Yanukoviçdən Avropa Birliyi ilə assosiasiya və azad ticarət zonası haqqında müqaviləni imzalamaq tələbi ilə müddətsiz aclıq aksiyasına başladığımı elan edirəm».