Tehran «Osmanlıda dərin dövlət»i sevmir
20 aprel 2013 07:47 (UTC +04:00)

Tehran «Osmanlıda dərin dövlət»i sevmir

İran hakimiyyəti Türkiyənin «Samanyol»u televiziya kanalında yayımlanan «Osmanlıda dərin dövlət» dizi ilə bağlı kanala etiraz məktubu göndərib.

 

Lent.az-ın «Habertürk»ə istinadən məlumatına görə, notanı Tehranın Ankaradakı səfiri təqdim edib.

 

Bu etiraz məktubu İranın «İRNA» xəbər agentliyi və dövlət televiziyası vasitəsi ilə də yayılıb.

 

Məktubda bildirilib ki, dizidə yer alan bəzi mətləblər «təhrikedici və iki ölkə xalqlarını ziyanınadır».

 

İran səfirliyinin qənaətincə, filmdə «iranlılar və şiələrlə bağlı məlumatlar doğru deyil».

 

Notada daha sonra bildirilib : «Bu televiziya kanalından dini dəyərlərə belə münasibət gözlənilmir».

 

Xatırladaq ki, Tehran hakimiyyəti «Qurdlar vadisi» dizisinə də «anti-İran təbliğata» görə Türkiyə Tele-Radio Qurumuna etirazını bildirmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212

Oxşar yazılar