18 gün mağarada qalan yeniyetmə futbolçular keşiş oldular - <span style="color:red;">FOTO
26 iyul 2018 11:42 (UTC +04:00)

18 gün mağarada qalan yeniyetmə futbolçular keşiş oldular - FOTO

Taylandda 18 gün baş məşqçiləri ilə birgə mağarada köməksiz vəziyyətdə qalan yeniyetmə futbolçuların hamısı xilas edildikdən sonra keşiş olmaq haqqında qərar verib.

 

Lent.az sozcu.com.tr-yə istinadla bildirir ki, 18 gündən sonra ABŞ və Tayland xilasediciləri tərəfindən gün işığına çıxan futbolçular baş məşqçiləri ilə birgə buddist ibadətgahında keşiş andı içiblər. 11-16 yaş arasında olan uşaqlardan yalnız biri keşiş olmaqdan imtina edib və keşişlik mərasiminə qatılmayıb.

 

Saçlarını keçəl qırxdıran uşaqlar qaydalara görə dua ediblər və bundan sonra ibadətgahın qulluqçuları olduqları ilə bağlı “rəsmi and” içiblər.

 

Onlar 9 gün buddist ibadətgahında qapalı və qaranlıq mühitdə qalaraq ruhlarını təmizləyəcəklərini bildiriblər. 

 

Qeyd edək ki, bir ay öncə Taylandda 13 nəfər azyaşlı futbolçu  və onların 25 yaşlı baş məşqçisi mağarada qalmışdı. Dünya mediasının gündəmini zəbt etmiş hadisəyə Birləşmiş Ştatlardan gələn xilasedicilər də qoşulmuşdu. 48 saatlıq əməliyyat planından və görülmüş tədbirlərdən sonra azyaşlı futbolçular mağaradakı bataqlıqdan xilas edilmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar

Putinin helikopteri vurulma təhlükəsi ilə üzləşib

Putinin helikopteri vurulma təhlükəsi ilə üzləşib

25 may 2025 , 15:43
Qonşu ölkədə güclü zəlzələ

Qonşu ölkədə güclü zəlzələ

25 may 2025 , 10:28
Ukraynaya PUA hücumu , Ölənlər və yaralılar var-YENİLƏNİB

Ukraynaya PUA hücumu, Ölənlər və yaralılar var-YENİLƏNİB

25 may 2025 , 10:10
Moskva hava limanları fəaliyyəti dayandırdı

Moskva hava limanları fəaliyyəti dayandırdı

25 may 2025 , 04:25
Maskdan gözlənilməz qərar -  Qayıdır

Maskdan gözlənilməz qərar - Qayıdır

24 may 2025 , 23:28
Bu əraziyə qar yağdı,  şaxta var

Bu əraziyə qar yağdı, şaxta var

24 may 2025 , 15:22
Çində insanabənzər robotlar döyüşdürüldü

Çində insanabənzər robotlar döyüşdürüldü

24 may 2025 , 07:32
"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

24 may 2025 , 05:02