Tacikistanın Təhsil Nazirliyi orta peşə, orta-texniki və ali təhsil müəssisələri tələbələri ilə bağlı yeni qərar qəbul edib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bundan sonra tələbələrin biri-birinə, müəllimlərə yeni il hədiyyəsi verməsi qadağan olunub. Bundan başqa onların yeni illə bağlı bayram gecələri keçirməsi də yasaq edilib.
«Xatırladırıq ki, pirotexnikadan istifadə, hədiyyə alınması, məqsədsiz xərc, Yeni illə bağlı gecələrin keçirilməsi qəti qadağandır» -deyə, nazirliyin əmirində vurğulanıb.
Qadağalar təhsil naziri Nurəddin Səidov tərəfindən imzalanıb.
Bundan başqa ölkə məktəbliləri və tələbələri ali təhsil ocağına ağ köynəkdə və qalstukda, qızlar isə dizdə aşağı ətəkdə və ağ kofta geyib, gəlməlidir. Üzü tüklü olan tələbələr isə dərsdən qovulacaq.