BMT-nin Suriyaya ezam olunmuş müfəttişlərinin əldə etdikləri materialların tam təhlil 3 həftədən sonra hazır olacaq.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Kimyəvi Silahların qadağan edilməsi üzrə təşkilat bəyanat verib.
«Müfəttişlər tərəfindən toplanan məlumatlar texniki dəyərləndirmə üçün laboratoriyaya göndəriləcək. Müəyyən edilmiş qaydalara uyğun olaraq, bu üç həftə sürəcək»-deyə, təşkilat bildirib.
Xatırladaq ki, BMT –nin baş katibi Pan Ge Mun materialların analizinin iki həftə çəkəcəyini söyləmişdi.