Rusiyadan Polşaya «xarab pendir» iddiası
27 dekabr 2013 06:13 (UTC +04:00)

Rusiyadan Polşaya «xarab pendir» iddiası

Rusiya Polşa istehsalı olan 11 ton pendiri geri qaytarıb. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, buna səbəb kimi «sanitar-baytar qanunlarının pozulması» göstərilib.

 

Rusiya kənd təsərrüfatı nəzarət qurumundan bildirilib ki, pendirin bir hissəsi Gömrük Birliyi ərazisinə məhsul tədarük etmək üçün uyğun icazəsi olmayan müəssisənin imiş.

 

Bundan başqa pendirin sertifikatında istehsal tarixində də «problem» olduğu vurğulanıb.

 

Yükün yiyəsinin inzibati məsuliyyətə cəlb edilməsin məsələsinə baxılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar