Rusiyanın İrkutsk vilayətində azərbaycanlı qadın heroin satdığı üçün 5 il müddətinə həbs cəzasına məhkum edilib. Lent.az-ın yerli təhqiqat komitəsinə istinadən verdiyi məlumata görə, narkopolislər adı açıqlanmayan qadını 2012-ci ilin yayında yaxalayıblar. Həmin vaxt həmyerlimizin narkotik maddə satması ilə bağlı 3 epizod sənədləşdirilib. Qadın ifadəsində həmin maddələri küçədən tapdığını və intihar etmək istəyi ilə əlaqədar evində saxladığını söyləyib. O, çoxdandır Priaqarya şəhəri ərazisində yaşasa da, qanuni qeydiyyata və rəsmi işə qəbul oluna bilməyib. Soydaşımız bu illər ərzində narkotik maddə ticarəti ilə məşğul olub. 2009-cu ildə heroin satdığı üçün 5,5 il müddətinə azadlıqdan məhrum edilmiş həmyerlimiz 3 il həbsxanada qaldıqdan sonra şərti azadlığa buraxılıb. Qadın türmədə ikən yeni tanışlar əldə edib və azadlığa çıxdıqdan sonra onları öz müştərisinə çevirib. O, naməlum şəxslərə narkotik maddə satmayıb, telefon danışıqlarında sözlü şifrələrdən yararlanıb.

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb
20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator və GPS məcburi olacaq
20 avqust 2025 , 04:46
Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi
19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu
19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ
19 avqust 2025 , 17:56
Aktrisa meşədə azaraq öldü
19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi
19 avqust 2025 , 17:27